Ru
17:02 / 15 Sentyabr 2022

Məktəb direktoru baldızına göz dikdi: Kəbin kəsdirdi, zorla evinə aparmaq istədi – FOTOLAR

44253
Yardımlıda şok hadisə baş verib.


Bakupost.az bildirir ki, bununla bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.


“Yardımlı rayonundan qadın ayaqyalın Bakıya gəlib. Demək, qadın 3 il evli olub, sonra ayrılıb və atasının evinə gəlib. Ata qızını bir müddət saxladıqdan sonra digər qızının evli olduğu şəxsə ərə vermək istəyib.


Evləndirmək istədiyi şəxs isə Yardımlı rayon Alvana kənd məktəbinin direktoru vəzifəsində çalışır. Ata qızına bildirib ki, bacın məktəb direktoru ilə evlidir, ona yaxşı baxır. Sənə də yaxşı baxacaq, imkanı yaxşıdır, sən də onunla evlənməlisən. Məktəb direktoru qıza məcburi kəbin kəsdirib. Qızın boynundakı kəlağayı ilə onu boğaraq, "Səninlə kəbin üçün 40 manat vermişəm mən"deyərək evinə aparmaq istəyib.


Yardımlı Rayon Polis şöbəsinin əməkdaşı ataya və qızın qardaşına qızın sığınacaqda olduğunu və qızı orada tapa biləcəkləri barədə məlumatlar verib. Hazırda qadının atası və qardaşı onun evə qayıtması üçün təzyiqlər edirlər”, - deyə Mehriban Zeynalova bildirib.



Onun sözlərinə görə, Binəqədi Rayon Polis İdarəsi qadınla dərhal məşğul olub, ilkin qida, geyimlə təmin edib və daha sonra sığınacağa gətirib.



QHT sədri Yardımlı polisinin, Ailə Qadın Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin və Təhsil Nazirliyinin, eləcə də aidiyyatı qurumların bu məsələni araşdırmasını,ciddi tədbir görülməsini xahiş edib.


M.Zeynalovanın onu da qeyd edib ki, məktəb direktoru və qızın qardaşı sığınacağa gəlmədiklərini, təyziq etmədiklərini, bu məlumatların şər-böhtan olduğunu deyirlər. Lakin direktorun və qızın qardaşının sığınacağa gəldiyini sübuta yetirən fotolar mövcuddur.




Məktəb direktoru baldızına göz dikdi: Kəbin kəsdirdi, zorla evinə aparmaq istədi – FOTOLAR
Məktəb direktoru baldızına göz dikdi: Kəbin kəsdirdi, zorla evinə aparmaq istədi – FOTOLAR
Məktəb direktoru baldızına göz dikdi: Kəbin kəsdirdi, zorla evinə aparmaq istədi – FOTOLAR
Şərhlər
  • Veteran

    Görün bu milləti nə kökə saldılar.Kimdir günahkar ? Bu aparılan siyasət,cəmiyyət, yaramaz dədə,alçaq qardaş,yoxsa yekəqarın harınlamış direktor deyilən antimilli ünsür ?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər