Şirvanda autizmli uşağa şiddət göstərən psixoloqla bağlı görüntülər yayılıb.
"Bakupost" xəbər verir ki, psixoloq Ceyran Muradova autizmli uşağa qarşı
şiddət göstərib, həmin görüntüləri isə səhvən valideynə göndərib.
Lent.az-ın sorğusuna DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, bununla bağlı Şirvan ŞPŞ-yə müraciət daxil olub və müvafiq araşdırmalar aparılır. Məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər görülür.
Həmçinin psixoloqla bağlı MÜTDA-ya da sorğu ünvanladıq.
Bildirildi ki, psixoloq MÜTDA-nın tabeliyindəki müəssisələrdə çalışmır.