Ru
19:56 / 04 May 2021

Aviabazaya raket hücumu oldu

Aviabazaya raket hücumu oldu
Eye

İraqın qərbində Anbar əyalətində “Ayn-əl-Əsəd” aviabazası raket atəşinə tutulub.

Bakupost.az xəbər verir ki, bu barədə İraq təhlükəsizlik orqanlarının mətbuat xidməti açıqlama yayıb. 2 ədəd “Katyuşa” raketi aviabazada boş sahəyə düşüb. Ölən olmadığı bildirilir.


Qeyd edək ki, Bağdaddan 160 kilometr şimalda yerləşən “Ayn-əl-Əsəd” ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası ordusunun ölkədəki yeganə bazasıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar