Ru
00:39 / 20 Fevral 2020

Avropa Liqasında 1/16 final mərhələsi başlayır

2806
Avropa Liqasında pley-off mərhələsinə start verilir.

BakuPost-un məlumatına görə, sabah 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək.

Bu raundda ən çox klubla təmsil olunan ölkə Portuqaliyadır. Adıçəkilən ölkənin 4 təmsilçisi 1/8 final mərhələsi uğrunda mübarizə aparacaq. “Böyük beşlik”dən İngiltərə, Almaniya və İspaniyanın 3, İtaliyanın isə 2 komandası Avropanın ən nüfuzlu ikinci klub turnirində iştirak edəcək.

“Qarabağ”ın yer aldığı qrupdan çıxan “Sevilya” Rumıniyada ÇFR-in qonağı olacaqsa, APOEL Kiprdə “Bazel”i qəbul edəcək.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Vulverhempton” “Espanyol”a qarşı ilk görüşü öz meydanında keçirəcək. Dadaşov ispanlarla matçda Premyer Liqa klubunun heyətində debüt edə bilər.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” isə “Sportinq”lə ilk duelinə Portuqaliyada çıxacaq.

Avropa Liqası
1/16 final, ilk oyunlar
20 fevral
21:55. ÇFR (Rumıniya) – “Sevilya” (İspaniya)
21:55. “Brügge” (Belçika) – “Mançester Yunayted” (İngiltərə)
21:55. “Ayntraxt” (Almaniya) – “Zalsburq” (Avstriya)
21:55. “Kopenhagen” (Danimarka) – “Seltik” (Şotlandiya)
21:55. “Xetafe” (İspaniya) – “Ayaks” (Hollandiya)
21:55. “Ludoqorets” (Bolqarıstan) – “İnter” (İtaliya)
21:55. “Şaxtyor” (Ukrayna) – “Benfika” (Portuqaliya)
21:55. “Sportinq” (Portuqaliya) – “Başakşəhər” (Türkiyə)
00:00. APOEL (Kipr) – “Bazel” (İsveçrə)
00:00. “Roma” (İtaliya) – “Gent” (Belçika)
00:00. “Alkmar” (Hollandiya) – LASK (Avstriya)
00:00. “Bayer” (Almaniya) – “Portu” (Portuqaliya)
00:00. “Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə)
00:00. “Reyncers” (Şotlandiya) – “Braqa” (Portuqaliya)
00:00. “Volfsburq” (Almaniya) – “Malmö” (İsveç)
00:00. “Vulverhempton” (İngiltərə) – “Espanyol” (İspaniya)

Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunları fevralın 26-27-də keçiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər