Azərbaycana qarşı qətnamə qəbul ediləndən sonra Avropa Parlamentinin deputatı Milli Məclisdəki həmkarı Səməd Seyidova zəng edib.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu gün keçirilən plenar iclasda bildirib.
“Dünən Avropa Parlamentindən mənə zəng gəldi. Çıxış edənlərdən biri dedi ki, onlar başqa məqsədlə bu məsələni gündəmə gətirirlər, amma mən sülh haqda danışmaq istəyirəm. Bunlar öncədən hazırlanmış, öncədən qəbul edilmiş qətnaməni qəbul etmək niyyətində idilər, lakin Avropa Parlamentinin deputatları sülh haqda danışmağa başladılar. Hətta Avropa Birliyinin nümayəndəsi “Azərbaycan bizə lazımdır” deyib”, - deyə millət vəkili əlavə edib.