“2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya və digər tibbi avadanlıqlar üzrə təminat layihələri icra olunub”.
Bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib:
“Tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş 2449 tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb. Cari müddət ərzində alınan avadanlıq və cihazların ümumi məbləği təxminən 32 milyon manat təşkil edib”.
Aygün,
BakuPost