Kiyev rejimini dəstəkləyən Avropa ölkələri münaqişənin başa çatmasından sonra Ukrayna üçün təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərini hazırlayıb və ABŞ-dən dəstək gözləyir.
Bakupost.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi Yelisey sarayına istinadən məlumat yayıb.
"Cümə axşamı biz "istəklilər koalisiyası"nın Ukraynanın təhlükəsizliyini təmin etmək üçün, həqiqətən də, amerikalıların dəstəyinə malik olduğunu təsdiq etməyə çalışacağıq", - agentlik Fransa Prezidentinin müşavirlərindən birinin jurnalistlərə verdiyi açıqlamadan sitat gətirib.
Qeyd edək ki, sentyabrın 4-də Parisdə "istəklilər koalisiyası" üzvlərinin görüşü planlaşdırılır və burada Ukrayna üçün bu təhlükəsizlik təminatları müzakirə olunacaq. Fransa, Böyük Britaniya və Almaniya liderləri ilə yanaşı, görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edəcək. İştirakçıların dəqiq sayı məlum deyil, lakin daha əvvəl Fransa lideri Emmanuel Makron "koalisiya"da artıq 30 ölkənin olduğunu söyləmişdi.