Bu gün Belçikanın şərqində yerləşən hərbi bazanın üzərində 15-ə yaxın PUA aşkarlanıb.
Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, onlar yerli vaxtla təxminən saat 01:45-də Almaniya ilə sərhədə yaxın Lyej əyalətində NATO bazası olan Elzenborn hərbi poliqonu üzərində görünüblər. Dronların Belçikadan Almaniyaya doğru uçduğu bildirilir.
Almaniyanın Düren qəsəbəsində də PUA-lar aşkarlanıb.