Ru
22:26 / 05 Dekabr 2020

Avtobus 15 metr yüksəklikdən yerə çırpıldı - Ölənlər var

Avtobus 15 metr yüksəklikdən yerə çırpıldı -  Ölənlər var
Eye

Braziliyada turistləri daşıyan avtobusla yük maşının toqquşması nəticəsində azı 16 nəfər həlak olub, 27 nəfər yaralanıb.

Faciə ölkənin cənub-şərqində baş verib. Bildirilir ki, qəza nəticəsində nəqliyyat vasitəsi 15 metr hündürlükdən yerə çırpılıb və dərhal alışıb. Avtobus körpüdən aşmazdan əvvəl üç sərnişin özünü onun içindən bayıra atmağa imkan tapıb.

Turistlərin hansı ölkədən olduğu və qəzanın təfərrüatı hələ məlum deyil.

Hadisə yerinə çoxlu xilasedicilər və təcili yardım maşınları cəlb olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar