Ru
19:40 / 20 Dekabr 2025

Avtobus kəməri zədələdi: 157 abonent qazsız qaldı

Avtobus kəməri zədələdi: 157 abonent qazsız qaldı
Eye

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda avtobusun qaz xəttinə çırpılması nəticəsində orta təzyiqli qaz xətti (dairəvi xətt) qırılıb.

Bakupost.az xəbər verir ki, hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə rayonun M. F. Axundov küçəsində, Kolanı kəndində 157 abonentin qaz təchizatı dayandırılıb.

Qəza səbəbindən Ordubadın Nüsnüs kəndində 516, Yuxarı və Aşağı Əndəmic kəndlərində 416, Gənzə və Anabat kəndlərində isə 335 abonentdə qaz təzyiqində azalma müşahidə olunacaq. Bərpa işləri yekunlaşandan sonra sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar