Ru
20:30 / 20 Dekabr 2025

İbrahim Kalın İstanbulda HƏMAS nümayəndələri ilə görüşdü

İbrahim Kalın İstanbulda HƏMAS nümayəndələri ilə görüşdü
Eye

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS Siyasi Bürosunun müzakirə heyətinin rəhbəri Xəlil Hayye və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Bakupost.az xəbər verir ki, “Qəzza atəşkəs sazişi” çərçivəsində baş tutan görüşdə HƏMAS tərəfi atəşkəs şərtlərinə əməl etdiklərini bildirib.

Görüş zamanı Türkiyənin Qəzzada atəşkəsin təmin olunmasında qarant ölkə kimi göstərdiyi səylər, Qəzza Sülh Planının ikinci mərhələsinə keçid üçün zəruri şərtlər müzakirə edilib.

Bununla yanaşı, Qəzzaya humanitar yardımın artırılması, xüsusilə çadırların çatdırılması üçün regional ölkələr və beynəlxalq təşkilatlarla aparılan işlər nəzərdən keçirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar