Ru
22:07 / 20 Dekabr 2025

19 metrlik nəhəng qar adamı şəhərin simvoluna çevrildi - VİDEO

19 metrlik nəhəng qar adamı şəhərin simvoluna çevrildi - VİDEO
Eye

Çinin Harbin şəhərində qış mövsümünün ən diqqətçəkən hadisələrindən biri baş verib, 19 metr hündürlüyündə nəhəng qar adamı ucaldılıb.

Məlumata görə, bu möhtəşəm qar heykəlinin yaradılması üçün 3000–3500 kubmetr qar sərf olunub.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, layihə üzərində 64 heykəltəraş və 100-dən artıq fəhlə çalışıb.

Nəhəng qar adamının inşası təxminən 11 gün çəkib. Yeni abidə artıq Harbinin qış mənzərəsinin əsas simvollarından birinə çevrilərək yerli sakinlərin və turistlərin böyük marağına səbəb olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar