Ru
19:17 / 20 Dekabr 2025

Rusiyada iş adamı Putinə "pirojki" göndərdi

Rusiyada iş adamı Putinə "pirojki" göndərdi
Eye

Rusiya prezidenti Vladimir Putinə Lyubertsı şəhərində fəaliyyət göstərən “Maşenka” çörəkxanasından pirojki göndərilib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə görüntüləri Kremlin Telegram kanalı yayıb.

Videoda Vladimir Putinin çay süfrəsi arxasında əyləşdiyi görünür. Süfrədə çörək, pirojkalar və digər bişmiş məmulatlarla dolu səbət yer alır. Prezident hədiyyəyə görə çörəkxananın sahibinə təşəkkür edib, onu qarşıdan gələn bayramlar münasibətilə təbrik edib və öz növbəsində Yeni il üçün hədiyyələr göndərib. Videonun sonunda Putin mürəbbəli çayla birlikdə pirojkalardan birini dadır.

Qeyd edək ki, bir gün əvvəl “İlin yekunları” proqramı zamanı Lyubertsıdakı “Maşenka” çörəkxanasının sahibi Denis Maksimov prezidentə 2026-cı ildən fərdi sahibkarlar üçün yeni vergi sisteminə keçidlə bağlı sual ünvanlamışdı. Vladimir Putin isə dəyişikliklərin biznesə zərər vurmamalı olduğunu bildirmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar