Türkiyədə sosial media fenomeni olan Murad Övüç paylaşdığı videoya görə həbs edilib.
Bakupost.az xəbər verir ki, bu barədə "TGRT Haber" məlumat yayıb.
Məlumata görə, o, "xalqı nifaq və düşmənçiliyə təhrik" etməkdə ittiham olunur.
İstanbul Küçükçekmece Prokurorluğunda başlanan istintaq çərçivəsində saxlanılan bloqer Murat Övüç məhkəmə qərarı ilə həbsxanaya göndərilib.