Ukrayna və Portuqaliya Ukraynanın hərbi dəniz qüvvələrinə məxsus dronların birgə istehsalı barədə razılığa gəliblər.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin köməkçisi Aleksandr Kamışin məlumat verib.
"Biz PUA-larımızın Rusiya hərbi gəmilərinə və sualtı qayıqlarına qarşı təsirli olduğunu sübut etdik. İndi onlar Portuqaliyaya Avropanı dənizdən müdafiə etməyə kömək edəcək", - deyə o qeyd edib.