Ru
15:59 / 26 Yanvar 2026

Avtobus sürücüsü küçədə döyüldü

Avtobus sürücüsü küçədə döyüldü
Eye

Bakıda avtobus sürücüsü küçədə döyülüb.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Heydər Əliyev prospektində baş verib.

Bakı şəhər sakini, 160 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Asəf Məmmədov (soyad şərtidir) metronun "Koroğlu" stansiyasının yaxınlığında olarkən, həmin istiqamətdə hərəkət edən taksi sürücüsü Niyaməddin Ağayevdən (soyad şərtidir) yol istəyib. Niyaməddin isə ona yol verməyib və kənardan keçməsini tələb edib. Nəticədən tərəflər arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Niyaməddin Asəfi döyərək ona xəsarətlər yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və N.Ağayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə edilib. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə işə xitam verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar