Ru
16:58 / 26 Yanvar 2026

“Tanrı var, ölüm yoxdur” – Simonyanın pariksiz FOTOsu

“Tanrı var, ölüm yoxdur” – Simonyanın pariksiz FOTOsu
Eye

“Russia Today” və “Rossiya Segodnya” media qrupunun baş redaktoru Marqarita Simonyan kimyaterapiya müalicəsindən sonra ilk dəfə sosial mediada pariksiz şəklini yayımlayıb və öz vəziyyəti barədə açıqlama verib.

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, Simonyan fotosuna şərh yazanlara müraciət edib: “Heç nədən qorxmayın. Tanrı var, ölüm yoxdur”.

O, xərçənglə mübarizəsi barədə ilk dəfə 2025-ci ilin sentyabrında açıqlama vermişdi. O zaman Simonyan ağır xəstəliyə düşar olması və yaxın gələcəkdə əməliyyat barədə danışmışdı. Daha sonra onkoloji müalicə – xüsusən sinə nahiyəsində əməliyyat və kimyaterapiya kursu keçdiyini təsdiqləmişdi.



Simonyanın bu paylaşımı ictimaiyyət arasında geniş reaksiyaya səbəb olub.

Simonyanın həyatında son illər ciddi dəyişikliklər yaşanıb: 2025-ci ilin sentyabrında onun həyat yoldaşı, rejissor və televiziya aparıcısı Tigran Kеosayan uzun komadan sonra vəfat edib. Bu zərbədən sonra Simonyan özü də xəstəliklə mübarizəyə başladı və bu prosesdə ictimaiyyətə açıq olmağı seçdi.

Hazırda Simonyan oz vəziyyətini sosial mediada müzakirəyə çıxarır, müalicəsinin gedişatı, simptomlar və reabilitasiya barədə dəfələrlə açıqlama verir.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar