Ru
18:40 / 26 Yanvar 2026

Canlı yayımda qeyri-etik ifadələr işlətdi və...

Canlı yayımda qeyri-etik ifadələr işlətdi və...
Eye

Polis əməkdaşları Tiktok sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxsi saxlayıb.

Bakupost.az xəbər verir ki, Zəngilan rayon sakini, 1984-cü il təvəllüdlü Habil Həsənov Tiktok platformasında dostuna məxsus "Məmmədov Səmiyyədin" adlı səhifədə açılmış canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib.

H.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

O, məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar