Ru
20:17 / 26 Yanvar 2026

"Liverpul"un "Qarabağ"la oyuna əfsanəvi futbolçusu çıxara bilər

"Liverpul"un "Qarabağ"la oyuna əfsanəvi futbolçusu çıxara bilər
Eye

"Liverpul" futbol klubunun baş məşqçisi Arne Slot ötən gün "Bornmut"a son dəqiqələrdə məğlubiyyətdən sonra ciddi təzyiqlə üzləşib.

Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, klub rəhbərliyinin onu yaxın vaxtlarda vəzifəsindən uzaqlaşdıracağı gözlənilir.

Məlumata görə, Arne Slot UEFA Çempionlar Liqasında "Liverpul"la uğurlu nəticələr əldə etsə də, Premyer Liqada son 18 oyunda cəmi beş qələbə qazanması rəhbərliyi bu qərarı verməyə vadar edib.

Arne Slotun baş məşqçi postundan göndəriləcəyi təqdirdə komandanın sükanı müvəqqəti olaraq klubun əfsanəvi futbolçusu Stiven Cerrarda həvalə edilə bilər.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar