Ru
21:11 / 26 Yanvar 2026

General oğlunun təhdid etdiyi fenomen Nərmin kimdir? - VİDEO

General oğlunun təhdid etdiyi fenomen Nərmin kimdir? - VİDEO
Eye

Sosial media fenomeni və məşhur vizajist Nərmin Xudaverdiyeva keçmiş sevgilisi tərəfindən təhdid edildiyini açıqlayıb. Vizajist bildirib ki, keçmiş sevgilisi onu təhdid edir.

Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, 31 yaşlı Nərmin Xudaverdiyeva influenser-vizajist kimi tanınır və “İnstagram”da 75 mindən çox izləyicisi var. O, həmçinin səyahət etməyi sevir və dünyanın müxtəlif ölkələrindən paylaşdığı fotolarla diqqət çəkir.

Nərmin bir müddət öncə qonaq olduğu verilişdə şəxsi həyatı ilə bağlı bir sıra açıqlamalar da vermişdi.

O bildirib ki, münasibətləri ciddi evlilik yolunda idi, lakin müəyyən problemlər səbəbindən ayrılıblar.

“Sevgilim açıq səhifə işlətməyimi istəmirdi, məni məcbur etdi ki, ya səhifəni bağlayım, ya gizli edim, ya da onunla bərabər video paylaşım. Mən isə onunla görüntüləri paylaşamağı seçdim. Münasibətimiz ciddi olsa da, bir çox problemlər yarandı və bu, münasibətimizə ciddi təsir etdi. Biz ayrıldıq, o tamamilə fərqli bir yol seçdi və tamamilə münasibətimiz bitdi”, – Nərmin bildirib.

Nərmin həmçinin şəxsi xarakteri barədə danışaraq bildirib ki, sevəndə çox fədakarlıq edir, hətta ana obrazına girir. Buğa bürcü olan Nərmin münasibətlərində qarşı tərəfə qarşı sədaqətli və məsuliyyətli olduğunu vurğulayıb.

Qeyd edək ki, Nərmin Xudaverdiyeva keçmiş sevgilisi Rüstəm Orucov tərəfindən sosial şəbəkələrdə və həyatda təhdid edildiyini bildirərək polisə müraciət edib. Rüstəm Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğludur. O, əvvəllər xuliqanlıq və avtoxuliqanlıq ittihamları ilə məhkəmə qarşısına çıxarılıb və həbs olunub.

Araşdırmalar hazırda davam edir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar