Ru
13:57 / 03 Aprel 2026

SON DƏQİQƏ: Bu ölkə həbsxanadakı bütün məhbusları azad etdi - ABŞ-yə qarşı yeni plan

SON DƏQİQƏ: Bu ölkə həbsxanadakı bütün məhbusları azad etdi - ABŞ-yə qarşı yeni plan
Eye

Kuba hökuməti 2 010 məhbusun əfv olunaraq azadlığa buraxılması barədə qərar qəbul edib.

Bakupost.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Kommunist Partiyası aprelin 3-də X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, qərar qanunvericiliyə uyğun olaraq məhbuslara güzəştlərin tətbiqi prosesi çərçivəsində qəbul olunub. Əfv edilən şəxslər seçilərkən onların törətdiyi cinayətlərin xarakteri, həbs müddətində davranışları, cəzanın əhəmiyyətli hissəsini çəkib-çəkməmələri və sağlamlıq vəziyyətləri nəzərə alınıb.

Məlumata görə, azad edilənlər arasında gənclər, qadınlar, 60 yaşdan yuxarı şəxslər, yaxın aylarda və ya gələn il vaxtından əvvəl azadlığa çıxma müddəti başa çatan məhbuslar, eləcə də əcnəbilər və xaricdə yaşayan Kuba vətəndaşları yer alır.

Eyni zamanda vurğulanıb ki, xüsusilə ağır cinayətlər törətmiş şəxslər əfv siyahısına daxil edilməyib.

Kommunist Partiyası qeyd edib ki, bu qərar Pasxa bayramı ilə əlaqədar qəbul olunub və ölkənin cinayət ədliyyə sistemində humanist yanaşmanın təzahürü hesab olunur.

Xatırladaq ki, ümumilikdə 2011-ci ildən bəri bu cür qərarlar nəticəsində 11 mindən çox məhbus azadlığa buraxılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar