Ru
13:39 / 03 Aprel 2026

İran artıq qələbəsini elan edə bilər

İran artıq qələbəsini elan edə bilər
Eye

İranın keçmiş xarici işlər Məhəmməd Cavad Zərif Tehranı ABŞ və İsraillə münaqişədə yanaşmalarını yenidən nəzərdən keçirməyə çağırıb.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, Amerikanın “Foreign Affairs” nəşri”də dərc olunmuş məqaləsində bildirib.

Diplomat İran hakimiyyətini qələbə elan etməyə və mövcud münaqişəyə son qoyacaq və növbəti münaqişənin qarşısını alacaq razılaşma imzalamağa çağırıb.

Zərifin iddiasına görə, İran hazırda qələbə elan edə və eskalasiyanın qarşısını alacaq və ölkənin təhlükəsizliyini təmin edəcək diplomatik razılaşmaya gələ biləcəyi nöqtədədir.

Keçmiş xarici işlər nazirinin təklif etdiyi plan Tehranın ölkənin resurslarını tükəndirən “əbədi müharibə tələsi”ndən qaçması ideyasına əsaslanır. O, Tehranın “strateji nailiyyətlər”indən Vaşinqtonla yeni tipli münasibətlər qurmaq üçün təsir vasitəsi kimi istifadə etməsini təklif edir. Zərifin fikrincə, bu, yalnız mövcud münaqişəyə son qoymağa deyil, həm də İrana gələcək hücumların qarşısını alacaq zəmanətlər yaratmağa imkan verəcək.

Diplomat vurğulayıb ki, əsl qələbə düşmənin tamamilə məhv edilməsi deyil, İranın maraqlarının tanındığı və qorunduğu sabit regional nizamın yaradılmasıdır.

Cavad Zərif onu da əlavə edib ki, müharibə İranın milli maraqlarına uyğun şərtlərlə başa çatmalıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar