Ru
12:45 / 03 Aprel 2026

Bakıdakı bu stadion bağlanır - SƏBƏB

Bakıdakı bu stadion bağlanır  - SƏBƏB
Eye

Bayıl stadionu may ayında - cari mövsüm başa çatdıqdan sonra təmirə bağlanacaq.

Bakupost.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev Hesabat Konfransında deyib.

Qurum rəsmisi AFFA-nın balansında olan arenanın təmirdən sonra uşaq və gənclər futbolu üçün istifadə olunacağını deyib.

O, həmçinin qeyd edib ki, "Karvan-Yevlax"ın stadionu da müasir standartlara uyğunlaşdırılacaq:

"Ağsu stadionu Premyer Liqa standartlarına uyğunlaşdırılacaq. Eyni zamanda, Bakı Olimpiya Stadionunun kompleksində uşaq futbolu üçün mərkəz təsis ediləcək və maydan etibarən orada təmir işlərinə başlanılacaq".

Baş katibin sözlərinə görə, yerli futbolçulara şans verən klublar üçün xüsusi təşviq proqramı yaradılıb:

"Legioner rüsumlarından yığılan vəsaitin əsas hissəsi yerli oyunçulara ən çox meydan verən klublar arasında bölünəcək. Bu il həmin məbləğ təxminən 2 milyon manat təşkil edir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar