Ru
12:36 / 03 Aprel 2026

Düyüdə bu 4 əlamət varsa dərhal zibilliyə atın

Düyüdə bu 4 əlamət varsa dərhal zibilliyə atın
Eye

Düyü süfrələrimizin əvəzolunmaz neməti olsa da, saxlama qaydalarına əməl edilmədikdə ciddi sağlamlıq riskləri yarada bilər. Bişmiş və ya çiy düyüdə müşahidə olunan bəzi dəyişikliklər qida zəhərlənməsinin xəbərçisidir.

Bakupost.az Demokrat.az-a istinadən xəbər verir ki, düyüdəki ən böyük təhlükə torpaqda geniş yayılan Bacillus cereus bakteriyasıdır. Bu bakteriyanın sporları məhsul yığımı zamanı dənələrə yoluxur və bişirilmə prosesində belə tamamilə məhv olmaya bilər. Bişmiş düyü otaq temperaturunda uzun müddət qaldıqda bu bakteriyalar sürətlə çoxalaraq zəhərlənməyə yol açır.

Ağ düyü düzgün şəraitdə çox uzun müddət qalsa da, tərkibində yağ miqdarı çox olan qəhvəyi düyü təxminən 6 ay ərzində istifadə edilməlidir. Bişmiş düyünü isə soyuducuda maksimum 3-4 gün, dondurucuda isə 2 aya qədər saxlamaq olar.

Düyünün xarab olduğunu bir neçə əlamətdən anlamaq mümkündür. Bişmiş düyüdən turş və ya xoşagəlməz qoxu gəlirsə, o, dərhal atılmalıdır. Həmçinin düyünün həddindən artıq yapışqan, lopa və ya anormal dərəcədə sərt olması da yararsızlıq göstəricisidir. Rəng dəyişimi və kütlədə kif izləri görünürsə, bu qidanı qəbul etmək resmen zəhər saçmaq deməkdir.

Çiy düyüdə isə vəziyyət fərqlidir. Əgər torbada dəliklər, ağ toz şəkilli görüntülər və ya böcəklənmə varsa, həmin məhsuldan uzaq durmaq lazımdır. Qəhvəyi düyüdə rəngin saralması və ya dənələrin yağlı olması onun xarab olduğunu göstərir.

Sağlamlığı qorumaq üçün düyünü sərin, quru və hava keçirməyən qablarda saxlamaq şərtdir. Bişmiş yeməyi otaq temperaturunda gözlətmədən soyuducuya qoymaq və yenidən qızdırarkən kifayət qədər yüksək dərəcəyə çatdırmaq təhlükəsizlik üçün vacibdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar