Ru
20:35 / 26 Yanvar 2026

Tramp: Bunu saxtalaşdırılmaq cinayət əməli sayılmalıdır!

Tramp: Bunu saxtalaşdırılmaq cinayət əməli sayılmalıdır!
Eye

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, KİV-də ictimai rəy sorğularının nəticələrinin saxtalaşdırılması və digər manipulyasiyalar cinayət məsuliyyəti daşımalıdır.

Bakupost.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.

“İctimai rəy sorğularının saxtalaşdırılması və fırıldaqçılıq, mahiyyət etibarilə, cinayət hesab edilməlidir”, – Tramp qeyd edib.

Onun sözlərinə görə, “The New York Times“ qəzeti, eləcə də ABC, NBC, CBS və CNN telekanalları reallığa uyğun olmayan sorğu nəticələrini dərc etməklə 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinə təsir göstərməyə çalışıblar.

“Amerika jurnalistikasının başına gələnlər doğrudan da kədərlidir. Amma bu sorğu fırıldaqlarının davam etməsinə imkan verməmək üçün əlimdən gələni edəcəyəm”, – ABŞ Prezidenti əlavə edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar