Ru
21:25 / 26 Yanvar 2026

Vaşinqton İrana görə hədəfdə: İsrail hərəkətə keçdi - “Hücum olacaq”

Vaşinqton İrana görə hədəfdə: İsrail hərəkətə keçdi - “Hücum olacaq”
Eye

İran və ABŞ arasında gərginlik kritik səviyyəyə yüksəlib. ABŞ və İsrailin regiondakı təhlükəsizlik maraqları ilə Tehran hökumətinin fəaliyyəti arasında ciddi ziddiyyətlər mövcuddur. İranın daxili vəziyyəti və etiraz dalğaları beynəlxalq müşahidəçilər tərəfindən fərqli istiqamətlərdə dəyərləndirilir.

Analitiklərin fikrincə, Vaşinqton və Təl-Əviv İranda rejimin dəyişməsi ilə planlarını ehtiyatlı şəkildə sürdürürlər, lakin digər tərəfdən hərbi müdaxilənin mümkünlüyü də istisna edilmir.

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev İranla bağlı vəziyyət və hərbi müdaxilə ehtimalı kimi məsələlərim ABŞ-da geniş müzakirə olunduğunu bildirib:

“Yəni ABŞ-ın siyasi dairələrində məsələyə münasibət birmənalı deyil. Ölkədə böyük bir kütlə İrana hücum ssenarisinə qarşı çıxır. Faktiki olaraq, ABŞ və İsrailin İrana baxışı fərqlidir. Vaşinqton Tehranla əməkdaşlıq etmək istəyir, Təl-Əviv isə İrana müdaxilə ilə həm rejimin devrilməsini, həm də ölkənin parçalanmasını hədəfləyir. Beləcə İsrail özünə rəqib olacaq güclü bir İranın yaranmasının qarşısını almağa çalışır. Bu baxımdan Təl-Əvivə yaxın qüvvələr Vaşinqtona təzyiq edir.

Düşünürəm ki, İrana gözlənilən hücum həyata keçiriləcək. Lakin bu, genişmiqyaslı deyil, daha çox lokal xarakter daşıyacaq. Çünki ABŞ İranın parçalanmasını istəmir. Digər tərəfdən, Vaşinqton Rusiya və Çindən ehtiyat edir. Venesuelada baş verənlərdən sonra ABŞ-ın İrana müdaxiləsi Pekin və Moskvanı yaxınlaşdıracaq. Amma Vaşinqton bunu istəmir. Ona görə də əməliyyatlar məhdud xarakterli olacaq”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar