Ru
22:27 / 26 Yanvar 2026

Taksi göndərib, anasını işdən evə gətirtdi, ardınca... - Dəhşətli qətlin TƏFƏRRÜATI

Taksi göndərib, anasını işdən evə gətirtdi, ardınca... - Dəhşətli qətlin TƏFƏRRÜATI
Eye

Yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində dəhşətli qətl baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı amansızlıqla qətlə yetirməkdə ittiham edilir.

Bakupost.az xəbər verir ki, o, hadisə baş verən gün həyat yoldaşı ilə birlikdə qayınanasıgildə qalıb. Səhər saatlarında isə evə gəlib və anasının iş yerinə taksi göndərərək qayıtmasını xahiş edib. Həyat Ağayeva evə gəldikdə isə onu bıçaqlayaraq həyatına son qoyub.

"Elə bir ailə idilər ki, bu işə heç kim inana bilmir. Anası namuslu qadın olub. Emil isə namaz əhli idi. Heç kimin onlardan narazılığı olmayıb", - qonşu hadisə barədə danışarkən deyib.

Başqa bir qonşu isə Emil Ağayevin narkotik istifadəçisi olduğunu bildirib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar