Ru
23:57 / 26 Yanvar 2026

Diqqət: Rusiya bu şəxslərə vətəndaşlıq verməyəcək

Diqqət: Rusiya bu şəxslərə vətəndaşlıq verməyəcək
Eye

Rusiya hökuməti cinayət qeydləri silinməyən əcnəbilərin bu ölkənin vətəndaşlığı, eləcə də müvəqqəti və ya daimi yaşayış icazəsi almasına qoyulan qadağanın tətbiqini təsdiqləyib.

Bakupost.az xəbər verir ki, bu barədə TASS hökumətin komissiyasının iclas materiallarına istinadən məlumat yayıb.

"Rusiya Federasiyasının vətəndaşlığı haqqında" Qanuna dəyişikliklər nəzərdən keçirilir. Qeyd olunur ki, sonradan aşkar edilən, silinməmiş cinayət qeydi vətəndaşlıq, müvəqqəti yaşayış icazəsi verilməsi barədə qərarın ləğvi üçün əsas ola bilər", - deyə xəbərdə bildirilib.

Komissiya, həmçinin Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinə sənədlər təqdim edərkən cinayət qeydləri haqqında arayış verilməsini tələb edən başqa bir qanun layihəsini təsdiqləyib.

Qeyd olunur ki, bu arayış Rusiyada ərizə təqdim etməzdən ən azı üç ay əvvəl başqa ölkənin səlahiyyətli orqanı tərəfindən verilməlidir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar