Şəmkirdə dərədən meyiti tapılan şəxsin qətlə yetirildiyi bildirilir.
Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, cansız bədəni Zəyəm Cırdaxan kəndində aşkarlanan 1970-ci il təvəllüdlü Arif Nəbiyevin oğlu tərəfindən qətlə yetirildiyi iddia olunur.
Məlumata görə, o, Rusiyada doğulub, ötən ilin iyulunda atası ilə Zəyəm Cırdaxan kəndinə gəlib və burada yaşamağa başlayıb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.