Yanvarın sonuna yaxınlaşdıqca yeni ayın havası artıq hiss olunmağa başlayır. Qışın bu mərhələsi adətən sakitlik yox, daxili və xarici proseslərin sürətləndiyi bir keçid dövrü olur. Fevral isə bu dəfə adi aylardan fərqli olaraq daha sərt ritmlə, daha gərgin gündəmlə qarşımıza çıxır.
Bakupost.az xğbər verir ki, fevral ayının qoroskopu ilə bağlı Sfera.az-a açıqlama verən astroloq Aytən Salami astrologiyada belə dövrləri həm cəmiyyətlər, həm də fərdlər üçün sınaq, qərar və dəyişiklik mərhələsi kimi qiymətləndirib. Astroloq qarşıdakı günlərdə emosional tarazlığı qorumağı, düşünülmüş addımlar atmağı və hadisələrə daha soyuqqanlı yanaşmağın zərurililiyinə diqqət çəkib:
“Fevral ayı bir az sərt başlayacaq. Ümumilikdə enerjilər gərgin olacaq, dünya üzrə xaoslar artacaq. Kollektivdə savaş, inqilab, azadlıq ruhu və mübarizə enerjisi daha çox hiss olunacaq. İnsanlar daha gərgin ola bilər. Fevral ayı ümumilikdə həyatımızda çox önəmli bir dönüm nöqtəsi ola bilər”.
Müsahibimiz bütün bürclər üçün ilin ən qısa ayını belə xarakterizə edib:
Qoç
Qoç bürcləri daha çox 5-ci ev mövzuları- sevgi həyatı, romantik münasibətlər və şəxsi istəklərlə bağlı tamamlanma və bitiş enerjisi yaşayacaqlar. Eyni zamanda dost çevrəsində və gələcək planlarda gərginliklər yarana bilər. Fevral ayında emosional partlayışlar mümkündür. Daha təmkinli olmaları, hisslərini cilovlamağı bacarmaları tövsiyə olunur.
Buğa
Bu dolunay Buğa bürclərinin daha çox 4-cü və 10-cu evlərində təsir göstərəcək. Ev, ailə və emosional münasibətlərdə gərginliklər yarana bilər. Ailədə xoşagəlməz hadisələr, evlə bağlı işlər, köç və ya ailə ilə əlaqəli önəmli mövzularda tamamlanma enerjisi baş verə bilər. Eyni zamanda iş və karyera həyatında diqqətli olmaları, xüsusilə rəhbər şəxslərlə gərginlikdən uzaq durmaları məsləhətdir.
Əkizlər
Bu dolunay ünsiyyət, xəbərləşmə, sənət və yaxın çevrə mövzularını gündəmə gətirəcək. Gözlənilməz və xoşagəlməz söhbətlər baş verə bilər. Bacı-qardaş və yaxın ətrafla bağlı problemlər yarana bilər. Səyahət, sənəd, hüquqi məsələlərlə bağlı işi olanların daha diqqətli olmaları tövsiyə olunur.
Xərçəng
Dolunay Xərçəng bürclərinin 2-ci evində baş verəcək. Şəxsi gəlirlər, maddi məsələlər və iş-karyera mövzularında yeni qərarlar gündəmə gələ bilər. Ortaq gəlirlər, kreditlər və bank məsələləri narahatlıq yarada, ani ödənişlər ortaya çıxa bilər. Maddi məsələlərdə diqqətli olmaq tövsiyə olunur.
Şir
Dolunay Şir bürclərinin öz evində, Günəşlərinin üzərində baş verəcək. Bu, onları özləri ilə bağlı mühüm qərarlar verməyə vadar edə bilər. Emosional gərginlik arta bilər. Münasibətlər, evlilik, tərəfdaşlıq və ortaq işlərdə gözlənilməz mövzular gündəmə gələ, bitişlər və ya ciddi qərarlar qaçılmaz ola bilər.
Qız
Bu dolunay Qız bürclərinin 12-ci evində baş verəcək. Gizli qalan mövzular üzə çıxa bilər. Şüuraltı gərginliklər və köhnə emosional yüklər gündəmə gələ bilər. Sağlamlıqlarına diqqət etmələri, bədənlərindən gələn siqnalları ciddiyə alaraq həkim müayinəsinə getmələri tövsiyə olunur.
Tərəzi
Dost çevrəsi, sosial layihələr və gələcək hədəflər ön plana çıxacaq. Bu mövzularda tamamlanma və qərar enerjisi olacaq. Romantik münasibətlərdə emosional eniş-yoxuşlar yaşana bilər. Xüsusilə konfliktlərdən uzaq durmaq məsləhətdir.
Əqrəb
Bu dolunay Əqrəb bürclərinin 10-cu və 4-cü evlərinə təsir edəcək. Karyera, cəmiyyətdəki status və iş həyatı ön plana çıxacaq. İş mühitində, xüsusilə rəhbər şəxslərlə münasibətlərdə diqqətli olmaq vacibdir. Eyni zamanda ev və ailə ilə bağlı ani məsələlər gündəmə gələ bilər.
Oxatan
Yaxın çevrə, ünsiyyət və yeni xəbərlər ön planda olacaq. Səyahət planları gündəmə gələ, yaxın ətrafla gərgin münasibətlər yarana bilər. Sənədlər, məhkəmə, ali təhsil və imtahanlarla bağlı mövzularda tamamlanma enerjisi yaşana bilər.
Oğlaq
Maliyyə mövzuları aktivləşəcək. Borclar, bank kreditləri, miras məsələləri gündəmə gələ bilər. Emosional gərginlik arta, ani xərclər ortaya çıxa bilər. Bu dövrdə maddi risklərdən uzaq durmaq tövsiyə olunur.
Dolça
Bu dolunay münasibətlər evində baş verəcək. Tərəfdaşlıq, əməkdaşlıq və şərik münasibətlərdə bitiş və ya ciddi qərarlar gündəmə gələ bilər. Gərginliklər yaşansa da, bu dövr özünü ifadə etmək və potensialını ortaya qoymaq baxımından önəmli olacaq.
Balıqlar
Dolunay Balıqlar bürclərinin 6-cı evində baş verəcək. Gündəlik həyat, iş rejimi və sağlamlıq mövzularında çətinliklər yarana bilər. İş mühitini və həyat tərzini düzgün tənzimləmək vacibdir. Gizli mövzular üzə çıxa, şüuraltı gərginliklər arta bilər. Mars-Pluton birləşməsi stres və daxili gərginliyi yüksəldə bilər.
Astroloq əlavə edib ki, fevral ayı ümumilikdə gərgin enerjilərlə müşayiət olunacaq: İnsanlara daha sakit olmaları, münaqişə və qarşıdurmalardan uzaq durmaları tövsiyə edilir.