Sosial mediada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti İsa Həbibbəylinin istefa ərizəsi yazdığına dair məlumatlar yayılıb.
Bakupost.az xəbər verir ki, Modern.az xəbərin həqiqəti əks etdirib-etdirmədiyini öyrənmək üçün AMEA ilə əlaqə saxlayıb.
AMEA-dan İsa Həbibbəylinin işinin başında olduğu bildirilib:
“Dezinformasiyadır. Hazırda AMEA Rəyasət Heyəti Aparatında akademik İsa Həbibbəylinin iştirakı ilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin hesabat yığıncağı keçirilir”, - deyə qurumdan əlavə edilib.
Xatırladaq ki, İsa Həbibbəyli 2022-ci ilin oktyabrında AMEA prezidenti seçilib.