Ru
14:55 / 26 Sentyabr 2026

Avtobusda bunu edən sərnişinlər 50 manat cərimə olunacaq -DİQQƏT

Avtobusda bunu edən sərnişinlər 50 manat cərimə olunacaq -DİQQƏT
Eye

Azərbaycanda avtobuslardan istifadə edən sərnişinlər bir sıra qaydalara əməl etməlidirlər. Bu tələblərin pozulmasına görə bəzi hallarda cərimə də tətbiq olunur.

"Bakupost" xəbər verir ki, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na əsasən, sərnişin gediş haqqını vaxtında və tam ödəməli, bileti və ya gediş hüququnu təsdiq edən sənədi saxlamalı, tələb olunduqda nəzarətçiyə təqdim etməlidir.

Şəhərdaxili avtobusda ödəniş etmədən getməyə görə sərnişin 5 manat, şəhərlərarası avtobusda biletsiz getməyə görə 15 manat, beynəlxalq marşrut üzrə avtobusda biletsiz getməyə görə isə 25 manat cərimə edilir.

Qaydalara əsasən, sərnişin avtobusda daşınmasına icazə verilməyən əşyaları aparmamalıdır. Belə baqaj aşkarlandıqda onunla gedişə davam etməyə yol verilmir və təqsirkar şəxs müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilə bilər.

Bundan başqa, avtobusda tütün çəkmək də qadağandır. İnzibati Xətalar Məcəlləsinin 322.0.4-cü maddəsinə əsasən, müntəzəm marşrut avtobuslarında tütün çəkilməsinə görə 40 manatdan 50 manatadək cərimə nəzərdə tutulur.

Sərnişinlər həmçinin avtobusda müəyyən edilmiş baqaj və əl yükü qaydalarına riayət etməli, öz ehtiyatsızlığı və ya qəsdən etdiyi hərəkətlərlə daşıyıcıya və digər sərnişinlərə zərər vurduqda həmin zərərin əvəzini ödəməlidirlər.

Qaydaları pozan və cəriməni ödəməkdən imtina edən və ya şəxsiyyəti müəyyənləşdirilə bilməyən sərnişin daxili işlər orqanlarına gətirilə bilər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsində göstərilən bəzi pozuntular birbaşa sərnişinlərə deyil, avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımalarını həyata keçirən şəxslərə aid məsuliyyət də yaradır. Buna görə hər bir pozuntu üzrə cərimənin kimə tətbiq edildiyini ayrıca müəyyənləşdirmək lazımdır.

Şərhlər
  • Romantic

    Pul qazanmagin yolu tapiblar,)

  • Səfərli Kəmalə

    Bəs bütün yol boyu siqaret çəkən sürücülərə nə qədər cərimə düşür?!Mən hələ siqaret çəkən sərnişin görməmişəm nəqliyyatda!

  • Adsız

    Bizim millət üçün azdır hələ, biz qılınc müsəlmanıq özüdə Azərbaycanlıyıq

  • Aygun Bedelova

    Aftobusu bazara cevirib anqira anqira danisanlari.ayagini ayaginin ustune asirdanlari,pacasin aralayib tek yox ucvneferin yerini tutanlarida cerimeleyinde,elinde yuku olan neynesin taksi tutub getmelidi?camati bu qeder sixmayin imkani olan var olmayan var.biri men gedim zulumle pul qazanim bazarlig edim ve aftibusa mine bilmeyimki elim yukludu cerimedi ne etmeliyem 5 manat pul qazanmisam onuda taksiye yedirdim biraz mentiqle dusunun lazimi seyleri gorune

  • Gunay Haci

    Aha cerime elemeye nese tapdilar bes o deli kimi surenler bir birile yariwan soferlere ne tedbiq olunacag

  • Eldar Ağayev

    Bu milləti savadsız,tərbiyəsiz,mədəniyyətsiz sayırlar ki, hər şeyə cərimə tətbiq edirlər?! Bundan sonra nəfəsi düzgün alıb buraxmamaq cərimə olunmalıyıq..hər şeyin həddi hüdudu olmalıdı da !

  • Tahir

    Bu gün hansı biletden danışırsız bilet tarixdə qaldı

  • Xatirə Səfərəlizadə

    Bura yolboyu və bərkdən telefon danışığı aparanları da əlavə etsinlər məncə

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar