Göyçayda avtomobil qəzası baş verib.
Bakupost.az xəbər verir ki, Göyçay-Bərquşad yolunun Cəyirli kəndindən keçən hissəsində “Volkswagen” markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.
Qəzada müxtəlif dərəcəli xəsarətlər alan sürücü rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

