Amerikalı astronomlar Yeri kürəsinin məhv olacağı tarixi açıqlayıb.
"Bakupost" Modern.az-a istinadla xəbər verir ki, onlar Günəşə bənzər ulduzların həyatlarının son mərhələsində necə dəyişdiyini müşahidə etməklə 5 milyard ildən sonrakı proseslər və Günəşin taleyi haqqında təsəvvür yarada bilirlər.
Bu proses çərçivəsində Yerdən təxminən 5 min işıq ili uzaqlıqda, Əkizlər bürcündə yerləşən NGC 2392 planetar dumanlığı tədqiq olunub. NASA-nın məlumatına görə, bu obyekt Günəşə bənzər bir ulduzun həyatının son mərhələsini əks etdirir.
Ulduzlar həyatlarının böyük hissəsində nüvələrində hidrogeni heliuma çevirərək enerji yaradır. Lakin nüvədə hidrogen ehtiyatı tükəndikcə ulduzun daxili quruluşu dəyişir və o, sürətlə genişlənərək qırmızı nəhəng mərhələsinə keçir.
Günəşin də təxminən 5 milyard ildən sonra bu mərhələyə çatacağı gözlənilir. NASA-nın məlumatına əsasən, həmin dövrdə Günəş indiki ölçüsündən 100 dəfədən çox böyüyə bilər.
Merkurinin və Veneranın, böyük ehtimalla isə Yerin də bu proses nəticəsində məhv olması mümkündür. Daha uzaqdakı planetlərin taleyi isə tam aydın deyil.
NASA nı Allah yerinə qoyanlaradır sözüm.Allahın yaratdığı kainatın milyarda birini araşdıran NASA deyir bunu?Bilim nə yerdədir bilmirəm ama Axir zamanda olduğumuzu unutmayın.Yoxoluş sandığınızdan çox daha yaxındır.Bilim ilə din heçbiryerdə heç vaxt kəsişməyəcək.Çünki bilim saxta dahilərin icadıdır.Din isə Allahın icadı və Peyğəmbərlərin yoludur.50 il sonra meteor gəlib dünyanı yox eləsə çox geç olacaq sizlər üçün.Sizin də yerinizə rəhmət dilənərəm ha 1 əksik ha 1 fazla.Mənim üçün hava xoşdur.Ən azından gündə 1 saat vaxtımı alan ibadət, 40 il gecə gündüz deməyib alim olub bilim zırvalıqlarına inanıb dinə inanmayıb cəhənnəmdə yanmağımdan yaxşıdır.Cənnət cəhənnəm olmasa belə gedən 1 saatım olacaq.İllərim boşa getməyəcək.70 il həyatın 40 ilini oxuyub çürüməkdənsə Allah'a inanıb sonsuzluqda kef edərəm.Sizə bol şans.
Günəş böyüdükdə yer kürəsi əks cazibə qüvvəsindən günəşdən uzaqlaşar , olduğu yerində durmalı deyil ki.
Ulduz deyde insan ekizler nezre saldiniz
ALLAH Quran'i Kərimdə deyir o günü ALLAHdan başqa heç kim bilmir indi bu alimə inanaq yoxsa ALLAHa?