Ru
21:40 / 17 Sentyabr 2026

AYNA avtobus gözləyənlərə müraciət etdi

AYNA avtobus gözləyənlərə müraciət etdi
Eye

AYNA sərnişinlərə müraciət edib.


“Bakupost” həmin müraciəti təqdim edir:

“Sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir. Böyük sərnişin axınına baxmayaraq avtobuslar fasiləsiz xidmət göstərir.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə nəqliyyat mübadilə mərkəzlərinin nizamlı fəaliyyəti təmin olunur.

Metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarla 16 sentyabr tarixində 127 000-dən çox sərnişin daşınıb. Təkcə “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən 200 000-dən çox sərnişin istifadə edib.

Sərnişinlərdən avtobusu gözləyərkən avtomobil yolunda deyil, səkidə dayanmaları xahiş olunur. Bu, avtobusların dayanacağa maneəsiz və təhlükəsiz yaxınlaşması üçün vacibdir.

Eyni zamanda avtobuslara minərkən növbəyə riayət etdiklə daha sürətli girişə və avtobusun daha tez yola düşməsinə imkan yaranır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar