“Teleqraf” Media Qrupunun rəhbəri, sabiq millət vəkili, əməkdar jurnalist Aynur Camalqızı (Quliyeva) Manset.az sayrının baş redaktoru Əli Vəliyevi məhkəməyə verib.
Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə hazırlıq iclası keçirilib və anket məlumatları dəqiqləşdirilib.
Aynur Camalqızı Əli Vəliyevin bir neçə dəfə ardıcıl olaraq sosial şəbəkədə ictimai şəkildə ona böhtan ataraq, şərəf və ləyaqətini alçaltması iddiası ilə xüsusi ittiham qaldırıb və cavabdehin CM-in 147.1 və 148-ci maddələrlə nəzərdə tutulan cinayət əməlini törətdiyini bildirib.
İddia xüsusi ittiham qaydasında olduğu üçün hakim iddiaçının şəxsən iştirakının zəruriliyini bildirib.
Hazırlıq iclası 18 martda davam etdiriləcək.