Ru
19:36 / 03 Fevral 2026

Aysel Ağacanova sevgilisinin evindən 7400 manat oğurladı, həbs olundu

Aysel Ağacanova sevgilisinin evindən 7400 manat oğurladı, həbs olundu
Eye

Bakıda qadın sevgilisinin evini qarət edib.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.

2002-ci il təvəllüdlü Aysel Ağacanova (ad və soyad şərtidir) Bakıda Şakir adlı şəxslə tanış olub. Bir müddətdən sonra Şakirlə Aysel arasında sevgi münasibəti yaranıb və onlar mütəmadi olaraq Şakirin evində görüşüblər.

Növbəti dəfə Aysel Şakirin evində onunla görüşərkən, ev sahibinin pulu saxladığı yeri müəyyən edib. Daha sonra Aysel evi qarət etmək qərarına gəlib. O, bu məqsədlə Şakirin evdən çıxarkən açarı gizlətdiyi yeri də müəyyən edib.

Bir gün Şakir evdən çıxıb işə gedəndən sonra Aysel onun yaşadığı evə gələrək mənzilə daxil olub. O, mənzildən 7 400 manat, samovar və digər usta alətlərini götürərək qapını açarla bağlayıb və hadisə yerindən uzaqlaşıb.

Şakirin şikayəti əsasında Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatla hadisədə şübhəli bilinən Aysel saxlanılıb. O, hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Aysel Ağacanova 2 il azadlıqdan məhrum edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar