Hələ də TRIPP layihəsinin məzmunu barədə dəqiq təsəvvürə malik deyiləm.
Bakupost.az xəbər verir ki. bu sözləri Ermənistanın sabiq prezidenti Serj Sərkisyan deyib.
Sərkisyanın sözlərinə görə, layihə ilə bağlı müxtəlif tərəflərdən ziddiyyətli açıqlamalar var:
“Azərbaycan və Türkiyə buna dəhliz kimi baxır, Ermənistan cəmiyyətinin bir hissəsi də bunu belə qəbul edir, mövcud hakimiyyət isə fərqli izahatlar verir, bunu təhlükəsizlik zəmanəti, yol qovşağı və ya digər adla adlandırır. Hakimiyyətin mövqeyi zamanla tez-tez dəyişir, buna görə də onlar etibarlı deyil”.
Serj Sərkisyan bildirib ki, yalnız sənədə baxdıqdan sonra TRIPP layihəsini qiymətləndirmək olar.
Asena,
BakuPost