Ru
21:52 / 07 Oktyabr 2025

Aysel Teymurzadə ilk dəfə ailəsindən, analığından danışıb - FOTO

Aysel Teymurzadə ilk dəfə ailəsindən, analığından danışıb - FOTO
Eye

Bu illəri özümə, daxili inkişafa, təhsilə, meditasiya təcrübəsinə, mənəvi axtarışlara, ailə və uşaqlara, ana olmağın qayğılarına həsr etdim.

Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri "Avroviziya" təmsilçilərimizdən Aysel Teymurzadə deyib. Uzun müddət sonra "The most" üçün obyektiv qarşısına keçən Aysel fotosessiya etdirib və müsahibə verib.

Sənətçi ailəsindən, musiqiyə fasilə verdiyi dövrdən danışıb:

"Hər səhər meditasiya edərək, fəlsəfə və ədəbiyyat öyrənməklə, yoqa ilə məşğul olub, həyat, incəsənət, təbiət və insanlar haqqında çox fikirləşərək vaxt keçirdim. Dünyaya fərqli gözlərlə baxıram - daha açıq və səmimi. Meditasiyalar vasitəsilə harmoniya, sakitlik və dərinlik tapdım. Ən əsası mən ideal olmağa çalışmıram, ən əsası təbii oluram.

Bəlkə də ən vacib mantra budur: "Burada və indi ol". Bu, sadə ifadə mənə həyatın hazırda baş verdiyini, hər dəqiqənin unikal və təkrarolunmaz olduğunu xatırladır. Mən bu şüurlu axarda yaşamağa, hər anı qəbul edib, dəyərləndirməyə çalışıram. Bu düşüncə mənə çətin anlarda belə güc tapmağa kömək edir. İnanıram ki, sadəlik dərinliyin olduğu yerdədir".

Aysel ana olmasından danışarkən "İlk övladım dünyaya gələndə sanki yenidən yaşamağı öyrəndim: vərdişlərimi bərpa etdim, ürəyimi dinləməyi, səbirli və sevgi dolu olmağı öyrəndim. Analıq təkcə məsuliyyət deyil, qadını dəyişən, onu daha dərin, yumşaq edən güclü enerjidir, həm də sevgini mənə göstərə bilər. Bu ilham mənim üçün böyük bir güc və sevgi mənbəyi oldu" sözlərini əlavə edib.

Artıq səhnəyə qayıdan A.Teymurzadə yaşadığı həyəcanı etiraf edib:

"Mənim üçün yaradıcılıq və analıq ayrılmaz vəhdətdir. Biri mənə səbir və sevgini, digəri zehinlilik və tarazlığı öyrədir. Bu, ziddiyyət deyil, hər hissənin digərinə məna və güc aşıladığı harmoniyadır. Məhz bu tarazlıq mənə tamaşaçılarıma həqiqi və səmimi olmağa kömək edir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar