Ru
12:35 / 28 Mart 2024

1 milyondan çox insan acdır...

1275
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) Qəzzada 1,1 milyon insanın həddindən artıq qida çatışmazlığına məruz qaldığını, İsrailin ac və susuz qalmağa məcbur edərək yardımların ölkəyə daxil olmasına mane olduğunu bildirdi.

Bakupost.az xəbər verir ki, İsrail 7 oktyabr 2023-cü ildən təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağına havadan, qurudan və dənizdən hücumlarını davam etdirir.

Hücumlar nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 32 min 490 fələstinli həlak olub, 74 min 889 fələstinli isə yaralanıb.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb. Bölgəyə kifayət qədər yardım çatdırıla bilmir.

Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Xüsusilə Qəzzanın şimalında yaşayan fələstinlilərin un tapa bilmədiklərindən heyvan yemini üyüdərək yemək məcburiyyətində qaldıqları bildirilir.

OCHA-Fələstinin X sosial media hesabında edilən paylaşımda Qəzzadakı qıtlığa diqqət çəkilib.

"Ancaq giriş maneələri (İsrail tərəfindən) qalır və vaxt daralır. Qəzzada 1,1 milyondan çox insan həddindən artıq ərzaq təhlükəsizliyi ilə üzləşir".


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər