Ru
22:00 / 16 İyun 2022

15 il sonra uşaqlarının özünün olmadığını öyrənib boşandı

1572
45 yaşlı kişi illərlə öz övladı bilib böyütdüyü 3 qızının əslində doğma övladı olmadığını öyrənib.


Bakupost.az xəbər verir ki, Çinin Çzyansi əyalətinin sakini Çen 16 illik arvadını bu səbəbdən boşayıb.


Belə ki, ailəsini dolandırmaq üçün kişi ayrı şəhərdə işləyirdi və evinə ayda bir iki dəfə gələ bilirdi.


O, əvvəlcə arvadının xəyanətindən şübhələnir, arvadı videogörüntülü zənglərdən yayınır, evdə tapılmırdı.


Daha sonra arvadını geolokasiya ilə izləyən ər onu məşuqu ilə yaxayır.


Bundan sonra uşaqların DNT testini verən ata nəticədən şoka düşüb. Uşaqlardan heç biri onun deyildi. Kişi şəhərdən qaçır, ailəsinə bir daha geri dönmədən boşanma ərizəsi verir.


Çen arvadından bu illər ərzində mənəvi təhqirə məruz qaldığı üçün təzminat alacağını deyib.


Jurnalistlər qadından açıqlama alanda o, hərəkətlərindən peşman olmadığını deyib.


“Mən onu başa düşmürəm. Bioloji atalıq bu qədərmi vacibdir. Cütlüklər var ki, övladlığa uşaq götürür. Bunun nəyi pisdir. Qızlar onu çox sevir. Belə atalıq olmaz”.


Aygün Musayeva
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər