Ru
22:13 / 16 Sentyabr 2026

Messi 500 milyon avrodan imtina edibmiş

Messi 500 milyon avrodan imtina edibmiş
Eye

"İnter"in sabiq prezidenti Massimo Moratti 2012-ci ildə argentinalı hücumçu Lionel Messini 500 milyon avroya almağa hazır olduğunu, lakin forvardın bu təkliflə hətta tanış olmadığını bəyan edib.

"Bakupost" xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.

"Mən Messi üçün 500 milyon avroluq təklif irəli sürdüm. Həmin il üçün bu, çılğın bir rəqəm idi. Danışıqlar aparmaq üçün vitse-prezidentimi Barselonaya göndərdim. Lakin Messi məktubu heç açmadı və təklifdən xəbərdar olmadı. O, təfərrüatları bilmədən bunu rədd etdi", - deyə Moratti bildirib.

"İnter"in sabiq prezidenti həmçinin Messi ilə şəxsən əlaqə saxlaya bildiyini vurğulayıb:

"O, cavabında dedi: "Karyeramı "Barselona"da bitirmək istəyirəm". O, "Barselona"da qalmaq istəyirdi. Vəziyyəti bilirdim, lakin onu pulla şirnikləndirməyə çalışdım və bu baş tutmadı".

Qeyd edək ki, Massimo Moratti 1995-2004 və 2006-2013-cü illərdə Milanın "İnter" klubunun prezidenti olub. Lionel Messi isə 2012-ci ildə "Barselona"nın şərəfini qoruyurdu.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar