Ru
17:47 / 02 Sentyabr 2024

17 yaşlı qızı ərə vermək istədilər - Polis müdaxilə etdi -YENİLƏNDİ

17 yaşlı qızı ərə vermək istədilər - Polis müdaxilə etdi -YENİLƏNDİ
Eye


"İmişli rayonu Məzrəli kəndində 17 yaşlı qızın 11 sentyabr tarixində toy mərasimi olacaq".


Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

O bildirib ki, İmişli Rayon İcra Hakimiyyəti əməkdaşları qızı icraya aparmaq istədikdə oğlanın atası qadağan edib:

"Bildirib ki, qızın anası xəstədir, apara bilməzsiniz. Qızın həyatına təhlükə var", deyə K.Ağazadə paylaşımda vurğulayıb.

Daxili İşlər Nazirliyindən qeyd edilib ki, məsələ araşdırılır.

***
İmişli Rayon Polis Şöbəsinin müdaxiləsindən sonra rayonda 17 yaşlı qızın toyu təxirə salınıb.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Qeyd olunub ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və bəhs edilən halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb.

***
İmişlidə polisin müdaxiləsi ilə toyu təxirə salınan 17 yaşlı qızın təhsilə davam etməsi üçün tədbirlər görülür.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, rayonu Məzrəli kəndində planlaşdırılan erkən nikahın qarşısı alınıb.

"Bir daha qeyd edirik ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən evlilik hallarına cəhd olunarsa qarşısı qətiyyətlə alınacaq!" - deyə, komitədən vurğulanıb.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar