Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:59 / 19 İyun 2024

19 yaşlı oğlan faciəvi şəkildə öldü - VİDEO

18188
Zaqatalada bədbəxt hadisə baş verib.

Bakupost.az xəbər verir ki, rayonun Talalar kənd sakini, 19 yaşlı Ülfət Əliyev Katex çayının Zaqatala rayonu Uzuntala kəndinin ərazisindən keçən hissəsində çayda çimərkən boğularaq ölüb.

Babası Mollamusa Əliyev bildirib ki, bir gün əvvəl kəndə istirahətə gələn mərhum dostları ilə birlikdə Katex çayına üzməyə gedib:

"Dünən gecə evə gəlib, saat 8-9 da ona zəng etdilər, taksiyə minib getdi. Daha sonra iki nəfər gəlib dedi ki, Ülfət çiməndə boğulub ölüb, morqdadır. Nəvəm suya girən kimi dərin yerə batıb. Çıxarmaq mümkün olmayıb".

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar