Ru
09:00 / 05 İyun 2024

20-dən çox kartın şifrəsini əldə edib pulları oğurladı - FOTO

1177
Bakıda kartlardan oğurluq edən 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elnur Əhmədov polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, onun paytaxt ərazisində 20-dən artıq şəxsin kartının şifrəsini əldə edərək müxtəlif məbləğlərdə pul oğurladığı məlum olub.


Davam etdirilən tədbirlərlə E.Əhmədovun bir neçə şəxsə qarşı dələduzluq etdiyi də müəyyən edilib.

Qeyd edək ki, bu şəxs kart məlumatlarını bankomatların yanında dayanaraq pul çıxaran şəxsləri kənardan müşahidə etməklə əldə edib. E.Əhmədov ondan kartdakı məbləği nağdlaşdırmaq üçün kömək istəyən şəxslərin şifrələrini əldə edərək onlara qarşı da eyni əməlləri törədib.

E.Əhmədovun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat verə bilərlər.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər