20 gün öncə ailə quran Burcu Binici-Tankurt Manas cütlüyünün boşanacağı iddia olunur.
Bakupost.az Türkiyə mətbuatına istinadən bildirir ki, məşhur aktrisa ilə tanınmış musiqiçi artıq sosial şəbəkə hesablarında bir-birlərini təqib etmirlər. Onlar nikah günü paylaşdıqları fotolarını da siliblər.
Aktrisa Burcu Binici baş verənlərlə bağlı açıqlama verib.
"Yeni evə köçərkən boya seçimi ilə bağlı mübahisə etdik. Əşya almaq da bizi stressə saldı. Həm də ev sahibi bizə qarşı dələduzluq etdi. Səbirsizlik etdik, mübahisə yarandı. Həll edəcəyik", - deyə aktrisa bildirib.
Tankurt Manas isə hələlik bu barədə danışmaqdan imtina edib.
Qeyd edək ki, Burcu Binici və Tankurt Manas cəmi 2 aylıq münasibətlərini evliliklə nəticələndirərək hamını təccübləndirmişdilər.
Aysel
Baku Post