Ru
13:10 / 12 May 2022

3 yaşlı uşağı xilas etdi - “Xalq qəhrəmanı” adını aldı - VİDEO

3 yaşlı uşağı xilas etdi - “Xalq qəhrəmanı” adını aldı -  VİDEO
Eye

Qazaxıstanda 3 yaşlı uşağı xilas edən vətəndaşa “Xalq qəhrəmanı” adı verilib.


Bakupost.az xəbər verir ki, hadisə ötən gün səhər Nur Sultan (Astana) şəhərində baş verib.

Hündürmərtəbəli binanın 7-ci mərtəbəsində yaşayan Sabit Şontakbayev adlı şəxs üstmərtəbədən, yəni 8-ci mərtəbənin eyvanından yıxılmaq təhlükəsi olan 3 yaşlı uşağı xilas edib.

Hadisədən sonra dövlət tərəfindən ona "Xalq qəhrəmanı" adı verilib. Bir nəfər iş adamı isə S. Şontakbayevə yenidən 3 otaqlı mənzil hədiyyə edib.

Qeyd edək ki, bu, Qazaxıstanda dövlət ənənəsidir.

Belə ki, ölüm təhlükəsi ilə üz-üzə olan şəxsin həyatını xilas edənə dövlət tərəfindən "Xalq qəhrəmanı" fəxri adı verilir.






Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar