Ru
11:20 / 24 Sentyabr 2026

"Dubl-Bom"un aparıcısı, aktyor Toğrul Rza illər sonra - VİDEO

"Dubl-Bom"un aparıcısı, aktyor Toğrul Rza  illər sonra - VİDEO
Eye

“Dubl-Bom” verilişinin aparıcısı, aktyor Toğrul Rzanın illər sonrakı halı maraqla qarşılanıb.

“Bakupost” xəbər verir ki, o, ASAN TV-yə müsahibəsində keçmiş illərlə bağlı maraqlı xatirələrini bölüşüb.

“Hətta bir dəfə mənim şəklimi avtobusda yatmış formada çəkib göndərmişdilər. Yazmışdılar ki, “Görüm, indi bunu da göstərəcəksən?” Mən də göstərdim.
Əgər o vaxt TikTok olsaydı, sosial media indiki kimi inkişaf etsəydi, bəlkə də heç o vaxt “Dubl-Bom” bu qədər sevilməyəcəkdi".

Toğrul Rza bildirib ki, çox vaxt onu Mikayıl Müşfiqə bənzədirlər:

"Eyyub Yaqubovun “Yenə o bağ olaydı” klipində Mikayıl Müşfiqin rolunu oynayandan sonra, demək olar ki, Mikayıl Müşfiqlə bağlı nə qədər tədbir olursa, məni dəvət edirlər. Şükürlər olsun ki, saçım yerindədir. Yaşım artsa da, hələ də görkəmim imkan verir ki, Mikayıl Müşfiq obrazını oynayım”.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar