Ru
10:28 / 12 Avqust 2022

43 mindən çox rus hərbçisi müharibədə ölüb

824
"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 43 200 hərbçisi məhv edilib".


Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 849 tank, 4 108 zirehli döyüş maşını, 975 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 193 helikopter, 778 PUA, 185 qanadlı raket, 15 gəmi, 3 021avtomobil texnikası və avtosistern, 90 xüsusi texnikadan ibarətdir.


Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər