"Beş il əvvəl kiməsə desəydim ki, bir gün Ağdamdan Bakıya sürətli qatarla gedəcəyik, bu, xəyal, fantaziya, hətta əfsanə kimi qəbul oluna bilərdi".
Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.
"Bu gün bu görüntü reallığa çevrilib. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üzrə Koordinasiya Qərargahının üzvləri ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımızda dirçəliş və tərəqqinin qüdrətli simvolu olan Ağdam-Bakı sürət qatarı ilə paytaxta qayıdırıq", - deyə Hikmət Hacıyev qeyd edib.
Bütün vətəndaşlarımız üçün çox təsirli hisslərdir. 1987-1994cü illərdən İ.H.Əliyevin 08.11.2020 və 20.09.2023 tarixli Azədlıq zəfərinə qədər ölkəmizin Hərbi-genosid terroru atəşlərinə görə azad gedə bilmədiyimiz doğma vətən yuvamız, coğrafi-həndəsi mərkəzimiz, ölkənin Ürəyinin başı.